Təhsil müəssisələrinin maliyyə-mühasibatlıq işçiləri üçün növbəti praktiki seminar keçirilib |Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
22.10.2024 - 11:59
Təhsil müəssisələrinin maliyyə-mühasibatlıq işçiləri üçün növbəti praktiki seminar keçirilib |Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi

əhsil müəssisələrinin maliyyə-mühasibatlıq işçiləri üçün növbəti praktiki seminar keçirilib Oktyabrın 21-də regional təhsil idarələrinin rəhbərləri,  maliyyə-mühasibatlıq və insan resursları üzrə əməkdaşlarının, eləcə də Elm və Təhsil Nazirliyindən birbaşa maliyyələşdirilən bir sıra ümumi təhsil müəssisələrinin baş mühasiblərinin iştirakı ilə praktiki seminar keçirilib.     Seminarın açılışında çıxış edən Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli təhsil sahəsindəki əsas strateji hədəflər, bu istiqamətdə görülən işlər,  tədbirin məqsəd və əhəmiyyəti barədə iştirakçıları məlumatlandırıb, onlara uğurlar arzulayıb.   Sonra Dövlət Vergi Xidmətinin Sosial Sığorta və Əmək Münasibətlərinə Nəzarət İdarəsinin Əmək münasibətlərinə nəzarət şöbəsinin rəisi Vüsal Qəhrəmanov “Muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulmalar üzrə vahid bəyannamə (hesabatı)” və Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının direktor müavini Ruslan Abuşov “Sosial sığorta ödəmələri ilə bağlı sığortaedənlərə texniki-metodiki dəstəyin göstərilməsi, bu sahədə tətbiq edilmiş yeniliklər” barədə təqdimatlarla çıxış ediblər.   Daha sonra Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov və Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri  Sənan Mənsimli təhsil idarələrinin tabeliyində olan müəssisələrdə xərclərin səmərəli və optimal idarəedilməsi istiqamətində görülən tədbirlər barədə təqdimatlar ediblər.     Seminar  Bakı Şəhəri üzrə Təhsil İdarəsi, eləcə də Elm və Təhsil Nazirliyinin Maliyyə şöbəsinin müvafiq təqdimatları və müzakirələrlə başa çatıb.

 

Mənbə: edu.gov.az
  • Xəbər lenti

DİGƏR XƏBƏRLƏR